VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İran hakimiyyəti "Instagram" sosial şəbəkəsinə girişə məhdudiyyəti aradan qaldırıb.

APA-nın məlumatına görə, bu barədə bu gün "Fars" agentliyi məlumat yayıb.

Artıq evlərdə "Instagram" -a daxil olmaq mümkündür. İran hakimiyyəti bir GSM operatoruna tətbiq edilən məhdudlaşdırmanı da aradan qaldırıb.

Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. Dekabrın 31-də "Reuters" agentliyi hakimiyyətin "Instagram" sosial şəbəkəsi və "Telegram"-a girişi müvəqqəti bağladığı barədə məlumat yayıb.

BAKU.WS