VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Hal-hazırda Bakıda nəqliyyatın hərəkətində sıxlıq olan küçələrin adları açıqlanıb.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

Məlumata görə, hazırda paytaxtın H.Əliyev (şəhər mərkəzindən metronun “Koroğlu” stansiyası istiqamətində), Z.Bünyadov (hər iki istiqamətdə), Bülbül və M.Useynov prospektləri, Ü.Hacıbəyov, K.Rəhimov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKU.WS