SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhəri Nəsimi rayonu M.Cəlal və H.Seyidzadə küçələrindən keçən magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar, dekabrın 25-də gün ərzində Nəsimi rayonunun bəzi ərazilərinə - 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə BAKU.WS-ə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

BAKU.WS