SİZİN REKLAM BURADA!
055 213 76 73



3 ildir danışdığımız və dəyişməyi təklif etdiyimiz küçələrdə hərəkət təşkilində dəyişiklik oldu.

Bu gün səhərdən etibarən Üzeyir Hacıbəyov küçəsi Bülbül pr-i kəsişməsindən, R. Behbudov küçəsi istiqamətinə GİRİŞ QADAĞANDIR nişanı quraşdırılıb.

Əvvəllər Bülübül pr-dən gələnlər sola, Ü.Hacıbəyov küçəsindən gələnlər isə düzünə hərəkət edə bilirdilər. Lakin yeni dəyişikliyə əsasən Bülbül pr-dən yalnız düzünə,Ü.Hacıbəyov küçəsindən isə yalnız sağa hərəkətə icazə verilir. Ü.Hacıbəyov küçəsinin Sahil bağı istiqaməti bir tərəfli yol oldu.

Burada istiqaməti dəyişmək lazım idi. Çünki bu küçədə hərəkət təşkili sağ əllə sol qulağı qaşımağa bənzəyirdi. R.Behbudovla ksişmədə sağ iki zolaq sola dönürdü, Əks istiqamətdə isə soldan bir zolaq əksinə gəlirdi. Kiçik bir Britaniya yol hərəkəti təşkil edilmişdi. İndi isə həmin hissə Ü.Hacıbəyovdan Bülbül pr-ə qədər bir tərəfli oldu.

Bu istiqamətdə dəyişikliyi xəritə üzərində də görə bilərsiniz.

Hələlik sürücülərə həmin istiqamətdə güzəşt edilir və cərimə yazılmır. Ancaq bu məlumatı hamı ilə paylaşın ki, heç kim orada öyrəşdiyi kimi avtomobil idarə etməsin.

avtostop.tv
BAKU.WS