SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gündən Bakıda fəaliyyət göstərən 17 saylı xətt marşrutu "Baku Baus" avtobusları ilə fəaliyyətə başlayıb.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, artıq həmin avtobuslar 17 saylı marşrut üzrə xəttə çıxıb.

Xatırladaq ki, bir neçə gün öncə 17 saylı marşrutun daşıyıcısı dəyişdirilərək adıçəkilən marşrut "Baku Bus" MMC-yə verilmişdi.

17 nömrəli marşrut xəttinin istismarının “BakuBus” MMC-yə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilib.

BAKU.WS