VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində paytaxt Bakıda aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu Şövkət Məmmədova küçəsinin təmiri yekunlaşdırıb.

Bu barədə BAKU.WS-ə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən açıqlama verilib. Uzunluğu 820 metr, 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni 14 metr təşkil edir.

Sözügedən küçədə yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib.

Hazırda küçənin asfaltlanması işləri aparılır. Ümumilikdə 12 santimetr qalınlığında olmaqla yolun 12 min kvadratmetr ərazisinin asfaltlanması nəzərdə tutulub.

Bundan başqa, küçə boyu yol kənarına yeni səki daşlarının düzülməsi işləri görülür. Təmir işləri çərçivəsində küçə boyu 1150 poqonmetr yeni səki daşları düzüləcək.

Aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq, zəruri olan yerlərdə 8 ədəd yeni yağış barmaqlıqları qoyulacaq, 31 ədəd isə yeraltı kommunikasiya xətlərinin yeni baxış qapaqları quraşdırılacaq.

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada keçidi zolaqları çəkiləcək.

Təmir-tikinti işlərinin yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır.

Tuncay
BAKU.WS