SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu il Mərkəzi Neftçilər Xəstəxanasında 76 xəstəyə böyrək, 9-na isə qaraciyər köçürülüb.

BAKU.WS-in Trend-ə istinadla məlumatına görə, bunu Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi mətbuat konfransında deyib.

O qeyd edib ki, xəstələrin 22 faizi uşaqlardır: "Ən kiçiyinin 5 yaşı var. Bu il əməliyyatdan sonra ölən xəstə olmayıb. Təəssüf ki, xəstələrin sayı artsa da, donorların sayı az və tərs mütənasibdir. Donor hovuzunun artırılma yollarından və ən çox yayılmış olanı meyit orqanlarından istifadədir".

M.Kazımi həmçinin vurğulayıb ki, donor tapa bilməyən xəstələr üçün çarpaz orqan transplantasiyasını icra etmişik: "Xəstələr öz aralarında qan qrupları uyğun olacaq şəkildə donorlarını dəyişdirirlər. Bu əsasən II və III qan qruplarını daşıyan xəstələrə aiddir. Bu il 1 cütə belə əməliyyat icra olunub. 3 cüt də hazırlaşır və yəqin ki, gələn il də onlar əməliyyat olunacaqlar".

O deyib ki, hazırda dövlət tərəfindən ehtiyacı olan xəstələrə meyit orqanlarından istifadə etmək üçün müəyyən konsepsiya işlənilir.

BAKU.WS