VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu günlərdə Rusiya paytaxtının iri supermarketlərindən birində “Artsax” “brend”i ilə məhsulların satılması bunun şahidi olan soydaşlarımızın etirazına səbəb olub.

“KarabakhTV” bu haqda Rusiya mediasına istinadla xəbər yayıb.

Bir qrup azərbacanlı Moskvada “Artsax Frut” adı altlnda tut doşabı, nar şirəsi, tərəvəz konservlri və s. satıldığını görüncə supermarket rərbərliyinə qəti etirazını bildirib.

Həmyerlilərimiz Azərbaycanın işğal altındakı ərazilərində qondarılmış separatçı-terrorçu bir qurumujn himayəsi altında qeyri-qanuni fəaliyyət göstərən erməni müəssisələrinin istehsal etdiyi məhsulların Rusiya paytaxtında satılmasının beynəlxalq qanunlara və ikitərəfli razılaşmalara uyğun gəlmədiyini söyləyiblər. Buna rəğmən ticarət mərkəzi rəhbərliyi burada qanunsuz heç bir şey olmadığını deyərək “Artsax Frut” məhsullarını satmaqda davam edəcəklərini bildirib. Rusiyadakı erməni ictimai təşkilatları və KİV, eləcə də Ermənistan mediası bununla bağlı əks-kampaniya apararaq azərbaycanlıları “radikallıq”da suçlamaqdadırlar.

Xatırladaq ki, bu, Rusiyada ilk belə hal deyil. İllərdir ki, Moskva və digər şəhərlərdə erməni yarlıklarıyla “Qarabağ” arağı, Kəlbəcər “İstisu”yu, Laçın “Turşsu”yu və s. adi hala çevrilməkdədir...

BAKU.WS