SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda sürücülər daha bir problemlə bağlı şikayət edirlər.


BAKU.WS
-in məlumatına görə, çoxsaylı sürücü şəhərdə bəzi işıqforların normal işləmədiyindən şikayətlənir. Onlar bəzi küçələrdə işıqforların işıqlarının qəsdən gec yanıb-sönməsindən narahatlıqlarını bildirirlər.

Sürücülərin sözlərinə görə, bəzi rəqəmsal işıqforlarda bilərəkdən gecikmələr olur. Yəni qırmızı işığın rəqəmi 01 olandan sonra yaşıla keçid 10-15 saniyə gecikir. Bununla da sürücü 01 olduğunu görüb maşını hərəkət elətdirir. Lakin 20 saniyə gecikməyə görə sürücü bilmədən kameraya işıqforun qırmızı işığında keçmiş kimi düşür. Bununla da, o istəmədən qayda pozur.

Sürücülərin sözlərinə görə, belə işıqforlar əsasən "İçərişəhər” metrosu yaxınlığında, Lermantov küçəsiylə Şeyx Şamil küçəsinin kəsişməsində, "Nizami” kinoteatrının qarşısında, Ü.Hacıbəyov - S.Vurğun küçələrin kəsişməsində və Respublika xəstəxanasının qarşısındadır.

Ziya Səccad

BAKU.WS