SİZİN REKLAM BURADA!
055 213 76 73


Təbiətin ən gözəl çalarlarını əks etdirən Qəbələ şəhəri bu il də yerli və xarici qonaqları yeni ili qarşılamaq üçün Qəbələyə dəvət edir. Başı qarlı Qafqaz dağları, Qəbələnin əsrarəngiz təbiəti ilə vəhdətdə qonaqlara əsl qış nağılı vəd edir. Hər il olduğu kimi bu il də, Qafqaz Otellərində xüsusi təşkil olunacaq yeni il şou proqramı 31 Dekabr gecəsi unudulmaz əyləncə ilə 2018-ci ilə daha rəngarəng və əyləncəli daxil olmağa imkan yaradacaqdır. 31 Dekabr tarixində Sabina Babayeva, Xəyal Rzazadə, Lalə və Nurkan cütlüyü və Türkan Heydərovanın musiqili çıxışları, milli və xarici rəqs proqramları, uşaqlar üçün hazırlanmış xüsusi əyləncə və ləziz yeməklər qarşıdan gələn ilə daha əsrarəngiz daxil olmağınız üçün təşkil olunacaqdır.

1 Yanvar tarixində isə yeni ilin ilk saatlarında Respublikanın əməkdar artisti Sevda Ələkbərzadə öz möhtəşəm canlı ifası ilə Heydər Əliyev adına Konqres mərkəzində çıxış edəcəkdir. Konsert etno caz üslubunda dünyaca məşhur caz musiqiçisi Elçin Şirinovun pianinoda müşayiəti ilə həyata keçəcək. Müğənnini konsertdə zərb alətlərində Respublikanın Əməkdar Artisti Vaqif Əliyev və bas gitarada tanınmış ifaçı Saleh Məmmədov müşayiət edəcəklər. Konsertin əsas repertuarı əməkdar artistin dünya musiqi və caz festivallarında həmçinin Avropa və şərq ölkələrində baş tutmuş silsilə konsertlərində ifa etdiyi xalq mahnıları, bəstəkar mahnıları və məşhur cazz kompozisiyaları olacaqdır. Həmçinin əməkdar artist ifa edəcəyi xalq mahnılarına yeni nəfəs verməklə xüsusi kompozisiyalar şəklində təqdim edcəkdir.

Konsertin birbaşa təşkilatçısı Gilan Hospitality Group və Qafqaz Otelləri, təşkilatı dəstək isə Haval Azərbaycan və Favorit Marketlər qrupudur. Gilan Hospitality Group-un İcraçı Direktoru Elgün Məmmədov Qəbələdə həyata keçirilən silsilə mədəniyyət tədbirlərinin regionun və bilavasitə Qəbələnin mədəni həyatında mühüm hadisə olduğunu və bu ənənənin illərboyu daha da inkişaf etdirilərək davam edəcəyini vurğulamışdır. Onun sözlərinə görə yeni il ərəfəsində Qəbələdə istirahət edəcək yüzlərlə yerli və xarici qonaqlar bu musiqi tədbirlərindən mənəvi zövq alacaqlar

Daha ətraflı məlumat üçün: 0124043188
İ[email protected]
www.qafqazhotels.com
0502900520