VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Payız-qış fəsli yaxınlaşan kimi adətən bağçaya gedən uşaqlar və azyaşlı məktəblilər arasında qrip virusu yayılmağa başlayır.

BAKU.WS “Qafqazinfo” xəbər verir ki, virusun əlamətləri başladığı anlardan etibarən valideynlər narahat olmağa başlayırlar. Elə bu günlərdə də bağça uşaqları arasında koksaki adlanan yeni virus yayılması barədə xəbərlər yayılmağa başlayıb. Valideynlər bildirir ki, uşaqlar bu xəstəliyə eyni simptomla yoluxur. Xəstəlik əvvəlcə qızdırma, halsızlıqla başlayır. Sonra isə səpkilərə çevrilir. Səpkilər ovucda, ağız ətrafında, dizdə yaranır.

Uzman doktor Altay Abdullaoğlu da xəstəlik barədə sosial şəbəkədə yazıb. O bildirib ki, koksaki virusları əsasən uşaqlarda olsa da , bəzən böyüklərdə də rast gəlinən virus mənşəli infeksiyadır: “Xəstəlik ilkin olaraq qrip kimi başlayır: qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpkilər əmələ gəlir. Səpkilər əsasən ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır. Səpkilərinə görə su çiçəyinə bənzəyən bu virus su çiçəyi deyil. Virus keçicidir, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür. Körpələrdə səpkilər yarandıqda valideynlər narahat olduqları üçün çox sayda dərman vasitələrindən istifadə edirlər. Amma hər zaman qeyd etdiyim kimi bu virus infeksiyaların köklü müalicəsi yoxdur. Virus infeksiyası diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Bu xəstəlik adətən öz-özünə heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. Lakin hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər. Hətta belə bir halda da qətiyyən antibiotik istifadə edilməməlidir. Koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər. Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Halsızdırsa dincəlməlidir. Ən mühüm məsələ olaraq çoxlu maye qəbul edilməlidir”.

Respublikanın baş pediatrı Nəsib Quliyev “Qafqazinfo”ya açıqlamasında valideynlər narahatlığına aydınlıq gətirib. O da bildirib ki, koksaki virusları yuxarı tənəffüs yollarının virus infeksiyasıdır: “Koksaki Amerikanın şəhəridir. Vaxtilə bu xəstəlik orada göründüyünə görə həmin şəhərin adı ilə adlanır. Bu qripə bənzər bir xəstəlikdir. Dünyanın hər yerində də buna rast gəlinir. Bizdə böyüklər adətən xaricə gedir və oradan bu xəstəliyə yoluxub gəlirlər. İndi də bu xəsətliyin epidemiyası və heç bir problemi yoxdur. Bir qədər da şayiə buraxırlar ki, bu xəstəlik çoxalıb. Elə xəstələr olanda Elmi- Tədqiqat Pediatriya İnstitutuna gəlirlər. İndi belə xəstələr yoxdur. Xəstəliyin hansı virus olduğunu müəyyən etmək üçün laboratoriyadan müayinədən keçilməlidir.

Əgər valideynlər belə əlamət görürsə, deyə bilməz ki, bu koksaki virusudur. Valideyn bunu necə deyə bilər? Axı o uşaq nə vaxt virusoloji müayinədən keçdi? Bu sadə üsullarla yox, referens laboratoriyalar vasitəsilə müəyyən edilir. Biz analizləri Səhiyyə Nazirliyinə göndəririk. Orada referens laboratoriyalarda analizlər yoxlanılır.

Yayda o xəstəlik görünüb. İndi isə belə bir şey yoxdur. Olsa mən niyə gizlətməliyəm? Çıxıb televiziyada çıxış edərəm ki, ölkədə belə bir virus yayılıb”.

BAKU.WS