VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Müvafiq qurumlara məktublar göndərdik ki, ictimai binaların tikintisi zamanı əlillərin hərəkəti üçün şərait yaradılsın, panduslar qoyulsun”.

BAKU.WS “Report”-a istinadən xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir deyib ki, “Əlillərin sosial təminatı haqqında” qanuna dəyişikliklər hazırlanıb: “Hazırda layihəyə Prezident Administrasiyasında baxılır. Yaxın vaxtlarda müzakirəyə çıxarıla bilər”.

BAKU.WS