VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


6 aylıq Ayan dünyaya gələndən təxminən 10 gün sonra ağır xəstəliyə tutulub.

BAKU.WS-in məlumatına görə, həkimlər Ayanın xəstəliyi ilə bağlı düzgün diaqnoz qoya bilmirlər.

Körpənin anası Günel xanım deyir ki, uşaq dünyaya gələrkən belə problem olmayıb.

“Yanaqlarında sadəcə qırmızı səpgilər var idi. 2 saylı doğum evində 3 gün antibiotik vurulub. Evə gətiriləndən sonra 1 həftə - 10 gündən sonra dərisində qabıqlanma baş verib. Hər dəfə həkimə aparanda uşağın vəziyyəti daha da pisləşirdi”, - deyə ana qeyd edib.

Günel xanımın sözlərinə görə, dermatoloqlar biopsi analizlərinə ehtiyacın olmadığını bildiriblər. Bəzi həkimlər ixtioz dəri xəstəliyi diaqnozu qoyublar.

Ana deyir ki, bu xəstəliyin əlamətləri uşaqda yoxdur: “Biz antibiotiklərin vurulmasından şübhələnirik. Uşağın qarın nahiyəsindən ətinin bir hissəsini kəsib Türkiyəyə analizə göndərdik. Cavab 4 həftəyə gələcək”, - deyə ana bildirib.

Ailənin maddi vəziyyəti o qədər də ürəkaçan deyil. Balaca Ayanın müalicəsi üçün ailənin pula ehtiyacı var.

Ayanın həyatda qalması üçün maddi kömək etmək istəyənlər aşağıdakı bank hesabından yararlana bilər.


Bank Respublika: 380194402358317101 (Elməddin Elxan oğlu Həsənov - uşağın atası)

Şəxsiyyət vəsiqəsi: AZE 13433708

Elxan Həsənovun telefon nömrəsi: 
+99455 782 38 78

BAKU.WS