SİZİN REKLAM BURADA!
055 213 76 73



Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilib.

BAKU.WS-in məlumatına görə, vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib. 

Professor İlham Rəhimli Rafiq Hüseynov haqqında xatirələrini bölüşüb, onun Azərbaycan televiziyasının inkişafındakı xidmətlərindən danışıb. Xalq artistləri Əli Məmmədov, Eldost Bayram, əməkdar artistlər Gülşən Əkbərova, Nərgiz Cəlilova, Rafiq Haşımov Rafiq Hüseynovu böyük dost, əvəzsiz televiziya xadimi kimi dəyərləndiriblər.

Həmkarı və keçmiş həyat yoldaşı məşhur diktor, xalq artisti Roza Tağıyeva Rafiq Hüseynov haqqında danışmayıb. O. göz yaşlarını saxlaya bilməyərək mərhumla vidalaşıb. 

Mərasimə qatılanlar arasında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbulfəz Qarayev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, tarixçi alim Cəmil Həsənli, Milli Məclisinin deputatı Qənirə Paşayeva, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru da yer alıb. 

Rafiq Hüseynovun nəşi alqış sədaları altında Dövlət Mahnı Teatrından Yasamal qəbiristanlığına aparılıb. Xalq artisti, məşhur diktor Rafiq Hüseynov son mənzilinə qovuşub.

Tuncay
BAKU.WS