VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Güclü külək cənub bölgəsində fəsadlar törədib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bir saata yaxındır əsən güclü külək nəticəsində Masallı və Lənkəran ərazisindəki onlarla kəndə elektrik enerjisinin verilməsi tamamilə kəsilib. Külək elektrik dirəklərini aşırıb.

Güclü külək Lənkəran-Boradigah şosesinin Lənkəranın Vilvan kəndi ərazisindən keçən hissəsində iki irigövdəli ağacı kökündən qoparaq yola aşırıb. Nəticədə yol bağlanıb və sürücülər bir müddət alternativ yoldan istifadə etməli olublar.
 
Dərhal əraziyə ağır texnikalar və canlı qüvvə cəlb edilib və ağaclar yoldan kənarlaşdırılıb.
  
Güclü külək Masallı, Lənkəran və Astarada elektrik dirəklərini aşırıb, onlarla kəndə elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda elektrik şəbəkəsinin əməkdaşları müvafiq tədbirlər görürlər. Artıq bəzi kəndlərə enerji verilişinin bərpa olunduğu bildirilir.
 
Bölgədə əsən güclü külək bir qədər səngiyib.

BAKU.WS