SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhəri və Abşeron rayonundakı sürüşmə sahələrində mövcud vəziyyətlə bağlı məlumat açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Zığ, Masazır qəsəbəsində "Zəli" gölü və Hökməlidə Nübar qəsəbəsi sürüşmə sahələrində aktivlik müşahidə edilir. Ekspedisiya rəisinin sözlərinə görə, sürüşmə sahələrinin aktivləşməsinə atmosfer yağıntıları səbəb olub.

Ə. Qaralov qeyd edib ki, Şuşa şəhərciyi, Daş karxanası yaşayış massivi, Qala qəsəbəsi və Binəqədi subasma sahələrində də aktivlik qeydə alınıb, nəticədə həmin ərazilərdə qrunt sularının səviyyəsi qalxıb.

BAKU.WS