SİZİN REKLAM BURADA!
055 213 76 73



”Azərenerji” ASC-yə məxsus 110 kV-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq 10–12 oktyabr 2017-ci il tarixlərində saat 11.00-dan 15.30-a qədər Xırdalan şəhəri 22, 24, 25, 26, 28, 30-cu məhəllərdə, kənd Xırdalan və Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Bu barədə BAKU.WS-ə “Azərişıq” ASC-nin Mətbuat Xidmətindən bildirilib. 

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir. 

BAKU.WS