SİZİN REKLAM BURADA!
055 213 76 73



“Azercell“ şirkəti müştərilərini aldatmaqda ittiham olunur.

Orxan Ağayev adlı şikayətçinin BAKU.WS-ə göndərdiyi məktubda qeyd olunur ki, “Azercell Telekom”dan data nömrə alarkən aldanıb.

“Data nömrə alanda mənə dedilər ki, əgər əlavə olaraq data kart alsam 10 ay ərzində 10 manat yükləməliyəm. Əks halda 30 manat cərimə olunacam. Ona görə də data kart almadım. Data nömrə alanda isə yuxarıda qeyd edilən öhdəçilik olmur”, - deyə Orxan Ağayev bildirib.

Şikayətçinin sözlərinə görə, 08.08.2017-ci il tarixində “Azercell Telekom”dan ona məktub göndərilib ki, məhkəməyə verilirsiniz.

“Yasamal rayon məhkəməsinin çıxardığı qərara əsasən “Azercell”ə 30 manat, 20 manat da məhkəmə rüsümü ödəməliyəm. Məhkəmə vaxtı mənə mənə heç bir məlumat verilmədi ki, öz hüququmu qoruya bilim. 06.10.2017-ci il tarixində Yasamal rayon məhkəməsinə şikayət ərizəsi yazmaq istədim, lakin icraçı mənə məhkəmə rüsumunu ödəməyi tələb etdi. əks təqdirdə adımda maşın varsa, saxlanma qərarı veriləcək, ya da heç bir sənəd verilməyəcək”, - deyə şikayəti bildirib.

“Azercell” Müştəri Xidmətlərindən isə BAKU.WS-ə bildirildi ki, Orxan Ağayev adlı müştəri 30 manat cərimə edilməyib.

“Ayrıca nömrə kimi qeydiyyatdan keçib. Bu nömrədə internet paketi olub və 3 ay ərzində internet paketi yenilənib. Nəticədə 30 manat borc yaranıb”, - deyə Azercell-dən bildirildi.

BAKU.WS