VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünyaca məşhur axtarış sistemi "Google"un "Analytics" xidməti çöküb. 

BAKU.WS-in məlumatına görə, internet saytlarının sahibləri "Google Analytics" saytına son bir saat ərzində giriş problemi yaşayıb. Xüsusilə, onlayn rejinmdə ziyarətçi axını paneli işləmir.

İnternet nəhəngi "Google"un "Google Analytics" xidmətində "Real Time" izləmə xidmətinə daxil olmaq mümkün deyil.

İstifadəçilər ya saytlarında trafik olmadığını, ya da "mənbə istifadə edilə bilmir" xətası ilə qarşılaşıb.

Mövzu haqqında hələlik "Google"dan heç bir şərh verilməyib.

"Analytics"də yenilə işlərinin aparıldığı güman edirlir.

BAKU.WS