SİZİN REKLAM BURADA!
055 213 76 73



Millət vəkili Fəzail Ağamalının kiçik oğlu Elçin Ağamalı qardaşının maşınla adam vurması xəbəri ilə bağlı açıqlama verib.

O, BAKU.WS-lə əlaqə saxlayaraq qardaşının 15 gündür Türkiyədə olduğunu bildirib:

"Qardaşım oğlunun Türkiyədə təhsili ilə əlaqədar 15 gündən çoxdur ki, oradadır. Yayılmış məlumat kökündən yalandır. Bu xəbəri yayan polis əməkdaşını da aidiyyəti qurumlara şikayət edəcəyik", - deyə Fəzail Ağamalının kiçik oğlu bildirib. 

O, həmçinin qeyd edib ki, xəbərdə bildirildiyi kimi Ağamalı Yalçın Fəzail oğlu "Jeep" markalı avtomobil deyil "Hyundai" maşınını idarə edir. 

BAKU.WS