VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“İntegral” şirkəti 1997-ci ildən başlayaraq, mobil telefonların satışı üçün kiçik bir masadan, hazırki dövrün bütün tələblərinə uyğun, tanınmış brendlərin geniş çeşidli malları satılan müasir, özünəməxsus hipermarketlər və bütün ölkəni əhatə edən diler şəbəkəsinə qədər böyük bir yol keçib.

Azərbaycanın müasir bazarında “İntegral” şirkətinin statusunu parlaq şəkildə xarakterizə edən əsas anlayışlar – etibarlılıq, peşəkarlıq, dürüstlük və səmimiyyətdir.

Bu gün şirkətin heyətində, şirkətin inkişafı və prestijini yüksəltmək üçün bütün var-gücünü və təcrübəsini əsirgəməyən 350-yə yaxın işçi çalışır. Onlar hər kəsə istənilən sualda, ən mürəkkəb məsələlərdə yüksək keyfiyyətli dəstək olmağa hazırdılar.

Ölkə üçün çətin zamanlardan birində – digər şirkətlər işçilərin sayını azaltmaq və ya fəaliyyətlərini tamamilə dayandırmağa məcbur olduğu halda, “İntegral” nəinki öz inkişafını dayandırmadı, həmçinin düşüncəli və düzgün seçilmiş strateji qərarlar qəbul etməklə öz dövriyyəsini qaldırdı.

Həmin vaxtlar şirkət telekommunikasiya sahəsində yalnız Samsung smartfonları üzrə distribütor olduqda, Lenovo, Huawei, ZTE və Motorola kimi telefon brendlərinin də distribütorluğunu əldə edir.

Şirkətin menecerləri paralel olaraq ən müxtəlif təyinatlı iri və xırda məişət avadanlığı üzrə yeni istiqamətləri öyrənməyə başladılar və nəticə olaraq iri məişət avadanlığında Samsung Electronics, Gorenje, Philips və xırda məişət avadanlığında Delonghi Group, Polaris, Vitek brendlərinin distribütorluğunu əldə etdi. Düzgün seçilmiş satış strategiyası və marketinq hərəkətləri nəticəsində bu brendlərin malları bizim ölkədəki tələbatlara uyğun və yaxşı satılan oldu.

Şirkətin vacib və strateji cəhətdən düzgün qərarlarından biri də öz komandasını maksimal dərəcədə saxlamaq və onun biliklər səviyyəsini hərtərəfli qaldırmağa davam etməsi oldu.

Beləliklə, öz resursları əsasında, ən son tələbatlara uyğun olan Keyfiyyət Akademiyası yaranır. Burada yüksəksəviyyəli sənətkarlar tərəfindən yeni brendlərin bütün kateqoriyalar üzrə məhsullardan başlayaraq, iş yerlərində təhlükəsizlik texnikası, işgüzar yazışmalarda etiket qaydaları və digər mövzular üzrə hərtərəfli treninqlər keçirilir.

“İntegral”ın bir neçə törəmə şirkəti var:

• Yalnız mobil telefonlar, nömrələr və aksessuarlar satılan kiçik dükanlardan, rəqəmsal, iri və xirda məişət texnikası satılan böyük hipermarketlərə çevrilən Maxi.az mağazalar şəbəkəsi.

Maxi.az əsasında yaranan, dövriyyə və populyarlığını inkişaf etdirən internet-mağaza.
“İntegral”ın servis mərkəzləri:

• Samsung Service Plaza – ən yüksək xidmət və texniki təchizat sertifikatı var.
• Texnoservice – “İntegral” şirkətinin portfelində olan bütün brend və kateqoriyalar üzrə texniki dəstəyi təmin edir.

Dürüst, etibarlı ticarət tərəfdaşı və yoldaş tapmaq istərdiniz?

Elə isə “İntegral”ın qapıları hər kəs üçün hər zaman açıqdır!