SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən bir il ərzində prokurorluq orqanlarının 59 işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 40 nəfərə töhmət və şiddətli töhmət verilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, 3 nəfər aşağı vəzifəyə keçirilib, 8 nəfər vəzifədən azad edilib, 4 nəfər prokurorluq orqanlarından xaric olunub, 4 nəfərə isə irad tutulub.

Z.Qaralovun sözlərinə görə, ötən bir il ərzində 294 prokurorluq işçisinin iş yeri dəyişdirilib, onlardan xidməti fəaliyyətlərində müsbət xarakterizə olunan 105 nəfər yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilib. Baş prokuror qeyd edib ki, 156 nəfər eyni təsnifatda olan vəzifələrə, 33 nəfər isə müxtəlif əsaslarla aşağı təsnifat vəzifələrə təyin olunub: "Bu müddət ərzində xidməti qaydada həvəsləndirilən 144 prokurorluq işçisindən 5 nəfəri "Prokurorluğun fəxri işçisi" döş nişanına layiq görülüb, 63 nəfər fəxri fərmanla təltif edilib, 31 nəfərə mükafatlandırma qaydasında rütbə, 1 nəfərə pul mükafatı verilib, 2 nəfərin intizam tənbehi üzərindən götürülüb, 42 nəfərə isə təşəkkür elan edilib".

BAKU.WS