VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının Xətai rayon NZS qəsəbəsində şəhidlər üçün ayrılan park yerində Ağdərə döyüşlərində şəhid olan Rəşid Bağırovun büstü dağıdılıb və yerində pivəxana açılıb.

BAKU.WS əldə etdiyi məlumata görə, məsələ ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən şəhid Rəşid Bağırovun oğlu Xəyal Bağırova məktub ünvanlanıb. Məktubda bildirilib ki, həmin ərazi qəsəbə şəhidlərinin və şəhid Rəşid Bağırovun xatirəsini əbədiləşdirmək məqsədilə ayrılıb. Ancaq sonradan həmin ərazidən başqa məqsədlər üçün istifadə olunub. Məktubda həmçinin qeyd olunur ki, məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, şəhid Rəşid Bağırovun qardaşı Məhərrəm Bağırov bu ərazini iaşə obyektinə çevirib və daha sonra da qanunsuz şəkildə başqa bir şəxsə satıb. Artıq Məhərrəm Bağırov və onun şəriklərinin qanunsuz əməlləri barədə Baş Prokurorluğun tələbi əsasında araşdırmalara başlanılıb.

Tuncay
BAKU.WS