VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanda hamilə və 2 yaşadək uşağı olan qadınların ödənişsiz əsaslarla ali təhsil alması təklif edilir.

BAKU.WS Trend-ə istinadla məlumat verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputat Musa Quliyev çıxış edib.

O qeyd edib ki, dünyanın bir çox ölkələrində hamilə və 2 yaşadək uşağı olan qadınlar pulsuz ali təhsil alırlar.

Deputat bildirib ki, bu kateqoriyadan olan qadınlar ali məktəblərin ödənişli əsaslarla olan ixtisaslarına qəbul olsalar da, onlara ödənişsiz əsaslarla oxumaq üçün imkan yaradılır:

“Hesab edirəm ki, qadın tələbənin təhsil haqqı üçün pul axtarması onun həm özünə, həm də bətnindəki körpəyə psixoloji təsir göstərir. Bu təklifin reallaşması həm də Prezidentin demoqrafik siyasətinə böyük dəstək olar. Hesab edirəm ki, 2 yaşadək uşağı olan, onlara süd verən analara bu güzəşt verilə bilər. Bunun bir statistikası aparıla bilər və müəyyənləşdirilər ki, onların sayı az, yoxsa çoxdur."

BAKU.WS