SİZİN REKLAM BURADA!
055 213 76 73




Ali dərəcəli cərrah mama-ginekoloq Səbinə Mirzəyeva 15 sentyabr Bilik Günü münasibəti ilə Səlyan rayonunda yaşayan aztəminatlı ailələri sevindirib.

S.Mirzəyeva özü də doğulduğu Salyanda maddi vəziyyəti aşağı olan uşaqlara çantalar, məktəb ləvazimatları və forma üçün maddi yardım təqdim edib.

Yeni tədris ili ərəfəsində sözügedən rayonda təxminən 20 -ə yaxın ailəni sevindirən ginekoloq onların digər problemi ilə də maraqlanıb və müəyyən köməklik göstərib.

İmkansızlıq ucbatından bir neçə ildir birinci sinifə gedə bilməyən uşaqlar bu il ilk dəfə məktəbə qədəm basacaqlar. Eyni tədris ilində bir çantadan növbə ilə istifadə edən ailənin 3 övladının da məktəb problemləri həll olundu.

Valideynlərin sözlərinə görə, Səbinə Mirzəyevanın bu addımı onların eləcə də məktəb həsrəti ilə yaşayan, yaşıdlarından seçilməməyi arzu edən uşaqlar üçün əsl bayram oldu: “Qızımı dərsə yola sala bilmirdim. Çantası və yaşıdlarının istifadə etdiyi ləvazimatları yox idi. Məktəbə gedəndə də salavat torbadan istifadə etməli olurduq. Allah həkim Səbinə xanımı sevindirsin. Hər zaman biz, imkansız Səlyan ailələrinin qayğısına qalır”-deyə rayon sakini bildirib.