VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Azərbaycanın istənilən bölgəsinə səfər edərkən yol boyu quraşdırılan nəzir qutularına rast gəlmək olar. Təbii ki, nəzir qutuları pirlərin, məscidlərin həyətində də quraşdırılır. Hər gün minlərlə insan axını müşayiət olunan yerlərdə nəzir qutularına atılan məbləğ də azlıq təşkil etmir. Anlayırıq ki, nəzir, ianə dinə xas məsələlərdəndir. Amma quraşdırlan nəzir qutularının hansı mexanizmlə işlədiyini bilmirik. Yığılan pulların hara xərcləndiyindən də tam olaraq xəbərsizik".

BAKU.WS xəbər verir ki, bu təkliflə millət vəkili Fazil Mustafa çıxış edib. O qedy edib ki, bəzi xarici ölkələrdə nəzir qutularından yığılan vəsaitlərin hara xərclənməsi barədə ictimaiyyətə şəffaf hesabat təqdim edilir: "Götürək, Türkiyəni. Orada məscidlərdən yığılan ianələrə dövlət nəzarəti var. Belə ki, hansısa məscidə sədəqə verilən zaman ölkənin Maliyyə Nazirliyindən verilən nömrəli hesabat blanklarından istifadə olunur. Məscid nəzirin məbləğinə uyğun mədaxil qəbzi verir".

Azərbaycanda isə nəzir qutuları onun yerləşdiyi məscidin dini icmasının nəzarətindədir. İcmalar isə yığılan ianələrlə bağlı Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) hesabat verirlər. Nəzir qutularına toplanan ianələrin xərclənməsində sui-istifadə hallarının olduğu barədə tez-tez müxtəlif fikirlər səsləndirlir.

Bəs, yığılan vəsaitə dövlət nəzarəti tətbiq etmək olmazmı? Bizim ölkəmizdə nəzir qutuları ilə bağlı necə bir mexanizm hazırlanmalıdır?
Eyni zamanda, nəzir qutularının xüsusi komissiya tərəfindən açılması, aktlaşdırılması, yığılan vəsaitin bir yerə toplanması qaydaları işlənə bilərmi? Və ya nəzir qutularında yığılan vəsaitdən vergi tutula bilərmi?

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Fazil Mustafa Modern.az-a məsələnin ciddi problem olduğunudeməklə, həm də nəzir qutularının yığışdırılmasının zəruriliyini xüsusi vurğulayıb.

“Nəzir qutuları yığışdırılmalıdır”

“Bu məsələ hər birimizi düşündürür. Düşünürəm ki, nəzir qutularını tamamilə yığışdırmaq lazımdır. Nəzir qutuları hər hansı bir şəkildə məscidə yardım qutuları ola bilər. Amma kiməsə vəsait ödənilməsi anlayışı doğru deyil. Ümumiyyətlə, dində “nəzir qutusu” anlayışı yoxdur. Əgər bunu dinlə əsaslandırırlarsa, dinlə ciddi əlaqəsi yoxdur. Bu məsələdə insanlar bilməlidirlər ki, dinlə əlaqəsi olmayan hər hansı atributların yaşanması mümkün deyil. Məsələn, bir müddət əvvəl bayraqlarla bağlı bir iş gördük. O zaman qanunvericilikdə nəzərdə tutduq ki, dini atribut olmayan bayraqları hər hansı yerdə, məsciddə daşımaq qeyri-mümkündür. Çünki bu gün dini bayraq anlayışı yoxdur. Bu cür hallar sadəcə bir ənənədir. Ənənələrin bu cür yaşaması doğru deyil. Amma müəyyən mexanizm ola bilərsə belə, nəzir qutularının qanunvericilikdə nəzərdə tutulması doğru deyil”.

“Yığılan bəzi vəsaitlər xaricə göndərilir”

Deputatın sözlərinə görə, əslində cahil insanlar nəzir qutularına sədəqə verməkdə maraqlıdırlar.

“Bir də görürsünüz ki, Bibiheybət məscidi yolunda kimsə maşınını saxlayıb qutuya 5 manat salır ki, yol getdiyinə görə ürəyində nəsə bir pis şey qalmasın. Halbuki, dində belə rüşvət yoxdu. Bu cür cahilliklə, savadsızlıqla bağlı olan məsələləri cəmiyyətdə xüsusi maarifləndirici addımlar atmaqla ortadan qaldırmağa çalışmaq lazımdır. Mətbuat bu məsələni diqqətdə saxlamalıdır. Azərbaycanda onsuz da müəyyən vəsaitlər yığılaraq İrana, İraqa, ordakı müəyyən ayətullahların cibinə gedir. Onlar da həmin vəsaiti ermənilərə göndərirlər ki, “gedin, azərbaycanlılarla vuruşun, onların qanını tökün”. Bunların qarşısı alınmalıdır”.

BAKU.WS