SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bakı Telefon Rabitəsi" MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini Səməd Vurğun və Muğan parklarınadək genişləndirib.

Bu barədə BAKU.WS-ə şirkətdən məlumat verilib. Məlumata görə, simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından "İctimai Wi-Fi" layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə "İçərişəhər" dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, Qış parkı, Zabitlər parkı, Sahil, Axundov, Sabir, Xaqani və Hüseyn Cavid bağları daxildir.

Yaxın zamanlarda pulsuz "Wi-Fi" "Dədə Qorqud" parkında da işə salınacaq.

Xidmət işə salındıqdan etibarən şəbəkəyə 500 mindən çox qoşulma qeydə alınıb.

BAKU.WS