VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycandan Həccə gedən ilk zəvvar qrupu bu gün səhərə yaxın Ümrə ziyarətini (Həccin ilk əməlini) yerinə yetiriblər.

BAKU.WS xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən “Report”a verilən məlumata görə, zəvvarların vəziyyəti normaldır, heç bir problem yoxdur.

Məlumatda qeyd olunub ki, hazırda zəvvarların olduğu Məkkə şəhərində havanın temperaturu 38 dərəcədir.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedəcək. Zəvvarların son qrupu avqustun 26-da Səudiyyə Ərəbistanına gedəcək.

BAKU.WS