VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS verilən məlumata görə, Xətai rayonu, N.Tusi küçəsi 2942 “V” saylı ünvanda yerləşən “AKFA-Tikinti” MTK-ya məxsus 210 mənzilli yaşayış binasına yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, avqustun 25-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonu, Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X. Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

“Azəriqaz” yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

BAKU.WS