SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu ilki turizm mövsümü Azərbaycana turistlərin daha çox axın etməsi ilə yadda qaldı. Hələ də əksər turizm bölgələrində, istirahət mərkəzlərində sıxlıq yaşanır. Tələbatın artması qiymətlərin yüksəlməsinə təsir etməklə yanaşı, turistlərin aldadılması hallarının artmasına da yol açıb. Bu cür amillər restoran biznesində, oteldə, suvenir atışında da müşahidə edilir. Hətta fotoqraflar turistlərin şəkillərini çəkdikdə belə artıq qiymət deyirlər.


İllərdir ki, mütəxəsislər şişirdilmiş qiymətlərin və turistin aldadılması hallarının ölkənin adına ləkə gətirdiyini bildirərək bu istiqamətdə ictimai nəzarət güclənməsini və maarifləndirmə işlərinin həyata keçirilməsini tövsiyə edirlər. Buna baxmayaraq problem hələ də var.

BAKU.WS xəbər verir ki, bizimyol.info saytına müraciət edən Türkiyə vətəndaşı Əmrə Qaya Azərbaycana turist kimi səfər etdiyini və burada arzuolunmaz münasibətlə qarşılaşdığından gileyləndi.

O, xarici turistlərin Bakıda aldadıldığından və onlara göstərilən xidmətlərə görə qiymətlərin dəfələrlə şişirdilməsindən şikayət etdi: “Mən azərbaycanlı xanım Gülşən Rəhimova ilə evlənmişəm. Bakıya tez-tez olmasa da, davamlı olaraq səfər edirəm. Azərbaycan vətəndaşı olmadığımı bilən kimi məni aldadırlar. Xüsusən sərnişini olduğum taksi sürücüləri məni dəfələrlə aldadıblar. Məsələn, taksi sürücüləri Beynəlxalq Hava Limanından Azərbaycan vətəndaşlarını Bakıdan Sumqayıta 15-20 manata daşıyırsa, məndən 60 manat istəyirlər. Paytaxtdan Sumqayıta taksi sürücüləri sərnişinləri 1 manata aparırsa, məndən 3 manat alırlar. Hər səfərimdə məni aldadırlar”.

Əmrə Qaya xarici turistlərin aldadılmasını Azərbaycanın imicinə xələl gətirdiyini qeyd edərək, turizmin inkişafına zərbə vuran işbazlari qınayıb.

Qeyd edək ki, turistlərin aldadılması hallarına xarici ölkələrdə də çox rast gəlinir. Hətta bəzi ölkələrdə turistlərin əşyalarının oğurlanması halları belə var.Lakin Azərbaycanda bu turistlərə şişirdilmiş hesabların təqdim edilməsi həm də qanun pozuntusu hesab olunur.

BAKU.WS