SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamenti yeni dərs ili ilə bağlı paytaxtda məktəbli yarmarkalarının təşkilinə başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə qurumun mətbuat katibi Əlabbas Bağırov məlumat verib.

Qurum rəsmisi bildirib ki, yarmarkalara avqustun 25-dən start veriləcək: "Yarmarkalar metronun "Elmlər Akademiyası", "28 May", "İnşaatçılar", " Nəriman Nərimanov", "Koroğlu", "Neftçilər" və "Xalqlar dostluğu" stansiyalarının qarşısında keçiriləcək. Artıq yarmarkaların keçiriləcəyi çadırların quraşdırılmasına start verilib. Yaxın günlərdə hazırlıq işləri tamamlanacaq."

Ə.Bağırov qeyd edib ki, yarmarkalar sentyabrın 25-dək davam edəcək. Burada satılan məktəbli ləvazimatı bazar qiymətlərindən aşağı olacaq.

BAKU.WS