VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"ANS"in simalarından biri telejurnalist Afət Telmanqızı fəaliyyət göstərdiyi "Space" televiziyasından uzaqlaşdırılıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, "Space" Teleradio Şirkətinin  "Hər gün" informasiya departamentinin rəhbər əvəzi vəzifəsi həvalə olunan Afət telekanaldan çıxarılıb. 

İddia edilir ki, o, məzuniyyətdən gec qayıtdığı üçün kanal rəhbəri tərəfindən cəzalandırılıb və kollektiv qarşısında fəaliyyətinə son verildiyi elan olunub.

Faktı telekanal rəsmisi Kamil Şahverdiyev də təsdiqləyib. O bildirib ki, Afət Telmanqızı işdən öz ərizəsi ilə ayrılıb. Afət Telmanqızı isə bu haqda danışmaq istəməyib.

Qeyd edək ki, "Space"də toplaşan keçmiş ANS-çilər arasında baş verən qalmaqallar daim mətbuata sızır. Sonuncu belə qalmaqal Afət Telmanqızı ilə Azadə Balayeva arasında yaşanmışdı.