SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycana ötən il daimi yaşamaq üçün daha çox Gürcüstandan gəlinib.

BAKU.WS virtualaz-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, ötən il daimi yaşamaq üçün Azərbaycana gələnlərin 35,1 faizi Gürcüstan, 28,1 faizi Rusiya, 6,6 faizi Türkiyə, 4,5 faizi İran, 4,1 faizi Qazaxıstan, 3,9 faizi Ukrayna, 17,7 faizi isə digər ölkələrdən olub.

Daimi yaşamaq üçün Azərbaycandan gedənlərin 47,7 faizi Rusiya, 29,3 faizi Qazaxıstan, 5,7 faizi Türkiyə, 3,6 faizi Belarus, 1,7 faizi Ukrayna, 1,6 faizi ABŞ, 10,4 faizi isə digər ölkələrin payına düşüb.