SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Beynəlxalq Musiqi Festivalının ikinci günü Sofiya Rotarunun yubileyinə həsr olunub

BAKU.WS xəbər verir ki, iyulun 28-də "Sea Breeze” istirahət mərkəzində "Jara-2017” Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti start götürüb. Konsertdən əvvəl müğənnilər qırmızı xalı üzərindən keçərək jurnalistlərin suallarını cavablandırıb, festivalın ilk günü ilə bağlı təəssüratlarını bölüşüblər.

Festivalın ikinci günü SSRİ Xalq Artisti Sofiya Rotarunun yubileyinə həsr olunması "Jara”nın hərarətini daha da artırıb. Səhnəyə çıxan müğənni tamaşaçıları Azərbaycan dilində salamlayıb və çox məşhur "Çervona ruta” mahnısını oxuyub.

O, yubiley gecəsinin Bakıda, bu qonaqpərvər şəhərdə keçirilməsindən çox məmnun olduğunu bildirərək deyib ki, artıq səhnəyə çıxmasının 45 ili tamam olur. Yaşına gəldikdə isə, tamaşaçı alqışı ona yeni ruh verir.

Daha sonra Sofiya Rotaru bacısı Aureliya ilə birlikdə "Melankoliye” mahnısını səsləndirib.

Polad Bülbüloğlu tamaşaçıları "Qorod moy Baku” mahnısı ilə salamlayaraq Sofiya Rotaruya yubileyi münasibətilə təbriklərini çatdırıb. O, festivalın müxtəlif xalqları bir araya gətirdiyini, musiqinin sərhəd tanımadığını vurğulayaraq, "Gəl, ey səhər” mahnısını ifa edib.

Sonra səhnəyə çıxan Qlyukoza Sofiya Rotarunun "Luna, luna” mahnısını oxuyub. Qonaqlar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qızı Leyla Əliyeva da olub.
 
Azər Məmmədov
BAKU.WS