VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında səhər saatlarında yaranan tıxaclar 2015-cı ilin sonuna qədər davam edəcək.

BAKU.WS məlumat verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Nəsimi Paşayev sözügedən ərazidə yolun mərkəzi hissəsində qazma işlərinin başlanıldığını bildirib:
 
"Bu səbəbdən yolda avtomobillərin sıxlığı müşahidə olunur. Bakı-Sumqayıt yolunda metronun "Avtovağzal” stansiyasından çıxıb Biləcəri istiqamətinə gedən və əks istiqamətdə gələnlər üçün yeraltı piyada keçidinin tikintisi aparılır. Ərazidə ağır texnikalar işləyir. Bu səbəbdən yolda avtomobillərin hərəkətinə məhdudiyyətlər olur. Sürücülər bir az səbrli olsunlar. Çünki işlərin yekunlaşmasına ay yarım vaxt qalır”.

 BAKU.WS