SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycandan Rusiyaya göndərilən kartof məhsulu geri qaytarılıb.

BAKU.WS-in məlumatına görə, istehlakçılar ziyana düşməsinlər deyə həmin tonlarla kartofu daxili bazara yönləndiriblər.

Ehtimal edilir ki, bayram günləri ilə əlaqədar Dövlət gömrük xidmətləri işləmədiyindən kartof məhsullarını Rusiyaya apara bilməyiblər.
 
Lakin burada məsələ başqadır. BAKU.WS Rusiyaya göndərilməsi nəzərdə tutulan kartofların fotolarını əldə edib. Fotolardan da görünür ki, Rusiyaya göndərilən kartoflar daxili bazarda satılan məhsullardan həm görünüşünə, həm də keyfiyyətinə görə çox fərqlənir. Xaricə idxal edilən kartofların böyüklüyünü eyni, xarab hissələri demək olar ki, yoxdur. Sual yaranır ki, ölkə daxilində bazarlarda satılan kartoflar niyə yuxarıda qeyd olunanların əksinədir.

Aqrar İslahatlara Dəstək İctimai Birliyinin rəhbəri Vahid Məhərrəmov BAKU.WS-ə açıqlamasında bildirdi ki, Azərbaycanda Rusiyaya standartdan kənar məhsul idxal edilə bilməz.
 
"Çünki Rusiya gömrüyündəki nəzarət xidməti standratlara uyğun məhsulları ölkəyə buraxır. Buna çox güclü nəzarət edirlər. Bunun əksi olsa həmin məhsula dəyər vermələri mümkün deyil. İstehlakçılar da məcbur olub xaricə ixrac etmək üçün əkdiyi məhsulun ən yaxşısını seçir. Qalanları isə daxili bazara yönləndirilir. Bunun əsas səbəblərindən biri budur ki, ölkədə istehsal edilən kartof yetərincə deyil. Bu isə həm daxili bazarı, həm də xarici bazarı eyni səviyyədə təmin etməyə bəs etmir.”, - deyə Vahid Məhərrəmov bildirib.
 
Murad Səmədov
BAKU.WS