VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) iyulun 25-də növbəti əmlak hərracı keçirəcək. Fins.az xəbər verir ki, həmin gün nazirlik və komitələrin balansında olan daha 7 maşın hərraca çıxarılaraq özəlləşdirilicək. 

BAKU.WS fins.az-a istinadən bildirir ki, onlardan ən ucuzunun ilkin satış qiyməti 1 600 manat müəyyən edilib.  Bu qiymətlə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin balansında olan  "QAZ-31105" markalı maşın satılır. 
Qeyd edək ki, maşınlardan 4-ü Daxili İşlər Nazirliyinə, 2-ci ƏMKD-ya, 1-i isə Azərbaycan Milli Elmlər Akademiyası Gəncə bölməsinə məxsusdur. Maşınlar 1997-2008-ci illərdə istehsal edilib. 

Siyahıda ən baha satılan maşın isə "KİA Sportage"dir -  4 000 manat. 

Qeyd edək ki, hərracda iştirak etmək istəyən şəxslər maşınların ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəməlidirlər.  

Sifarişlər Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e-emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
 
BAKU.WS