SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi çimərlik mövsümünün başlanması ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

BAKU.WS xəbər verir ki, İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, çimərlik mövsümünün başlanması ilə əlaqədar yollarda nəqliyyat vasitələrinin hərəkəti intensivləşəcək: "Yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülərə sürət həddinin aşağı endirilməsini, ara məsafəsinin normadan artıq saxlanılmasını tövsiyə edirik".

Çəkələklə avtomobil idarə etmənin təhlükə yaratdığını diqqətə çatdıran V.Əsədov sürücülərə çəkələklə avtomobil idarə etməməyi tövsiyə edib.

BAKU.WS