SİZİN REKLAM BURADA!
055 213 76 73


 


Bu gün internetə yüklənən və qısa müddət ərzində sosial şəbəkələrdə paylaşılan kadrlar bir neçə ay öncə qaldırılan və həll olunmamış da unudulan problemi yenidən gündəmə gətirdi.
 
Söhbət avtobusların tutumundan artıq sərnişin yükləməsindən gedir. Bir neçə oxşar səbəbli qəzadan sonra bu məsələ haqqında ciddi danışılsa da bu cür qayda pozuntusuna yol verən sürücülərin cəzalandırılıcağı deyilsə də, görünür, vəziyyət hələ də düzələnə bənzəmir.

Haqqında söhbət gedən videoçəkiliş 204 saylı Ramana qəsəbəsi – Koroğlu metrostansiyası marşrutu ilə hərəkət edən avtobusda sıxlıq səbəbindən qapıdan birtəhər yapışan sərnişin tərəfindən çəkilib. Adıçəkilən marşrut avtobusunun sərnişinləri deyir ki, demək olar, hər gün səhər və axşam saatlarında oxşar hadisə yaşanır.
Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti Mais Ağayev BAKU.WS-ə danışıb:
 
"Əlbəttə, bu vəziyyət bizi də narahat edir. Bu gün ətraf kənd və qəsəbələrə işləyən bir çox marşrutlar üzrə avtobuslarda belə mənzərə ilə rastlaşmalı oluruq. Bakı Nəqliyyat Agentliyi öz səlahiyyətləri çərçivəsində bu istiqamətdə iş aparır ki, belə neqativ mənzərələr aradan qalxsın. Bunun üçün ilk növbədə marşrut xətləri üzrə nəqliyyat vasitələrinin sayı artırılmalıdır. Lakin bunu etməkk hazırda daşıyıcı şirkətlərin imkanları xaricindədir. Vəziyyətdən çıxış yolu kimi biz təklif etmişik ki, utilizasiya proqramı reallışdıraq. Amma buna baxmayaraq, qeyd etmək istəyirəm ki, o, sərnişinləri avtobusa elə minməyə heç kim vadar etməyib. Mən başa düşürəm, işə, dərsə gecikən var. Amma biri var narahat getmək bir də var ki, həyatını riskə atmaq. Sərnişinlərimiz də bir qədər həyatlarına qarşı məsulliyətli olmalıdırlar. Məsələnin digər bir tərəfi isə ondan ibarətdir ki, bu kimi hallara qarşı təkcə BNA yox, DYP də mübarizə aparmalıdır”.
 

Tuncay 

BAKU.WS