VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


6 May tarixində Gənclik Mall-da təlim məqsədli təxliyyə planı həyata keçirildi. 

Keçirilən təlimdə əsas məqsəd ticarət mərkəzinda çalışan işçi heyətinə fövqaladə hallar zamanı davranış normalarını bir daha xatırlatmaq idi.

Səhər saatlarında keçirilən təxliyyə təlimi zamanı təhlükə siqnalını eşidən hər kəs ticarət mərkəzi binasını yanğın pilləkanları vasitəsilə tərk etməli idi. İşçilər binanı işlədikləri dükana yerləşən ən yaxın yanğın pilləkanı vasitəsilə tərk etməli və aid olduğu 3-4 toplanma məntəqəsindən birində toplanmalı idilər.  

6 dəqiqə 7 saniyə  ərzində davam edən təxliyyə təlimində ticarət mərkəzi təhlükəsizlik xidməti əməkdaşları binada heç kimin qalmadığına əmin olduqdan ərazini ən son olaraq tərk etdilər. Təlimin bitdiyi elan edildikdən sonra isə ticarət mərkəzi normal qaydada iş rejiminə davam etdi.

Qeyd edək ki, təxliyyə təlimi il ərzində 2 dəfə həyat keçirilir. Təxliyyə təlimlərinin əsas məqsədi ticarət mərkəzi ərazisində çalışan işçi heyətinin baş verə biləcək fövqaladə tədbirlərə hazırlıqlı olması, hər hansı hal baş tutan zaman nə etməli olduqlarını bilmələri, ticarət mərkəzində mövcud yanğın çıxışlarını tanımalıdır. 
 
BAKU.WS