SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tele-aparıcı Hacı Nuran prezident ailəsi ilə fotolarını paylaşıb.
 
BAKU.WS-in məlumatına görə, Hacı Nuran prezident İlham Əliyevin qızları Arzu və Leyla Əliyavalar, prezidentin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevlə birlikdə fotolarını Instagram-da paylaşıb. Fotoda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyevin övladları da var.
 
Hacı Nuranın paylaşıdığı şəkillər sosial şəbəkədə böyük marağa səbəb olub. Tele-aparıcı Leyla Əliyeva ilə bir paylaşdığı şəklin altına bunları yazıb:
 
"Leyla Əliyevanın titulları çoxdur... O, ictimai xadim, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, "Baku" jurnalının təsisçisi və baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədridir... Lakin mənim fikrimcə, onun başlıca titulu belədir- mərhəmətli və xeyirxah insan... Onun sayəsində neçə neçə insan həyatı xilas olub... Xeyirxah əməllərini saymaqla bitməz... Var olun".
 
BAKU.WS