SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Paytaxtın Cavadxan və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki dairədə nəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının və taksilərin xaotik hərəkətinin aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən zəruri tədbirlər görülüb.

Agentlikdən Trend-ə verilən məlumata görə, sözügedən ünvanda mövcud avtobus dayanacaq məntəqələrinin xətləri yenidən rənglənərək müvafiq nişanlar qoyulub. Ərazidə taksilərin, avtobusların dayanacağa giriş-çıxışına maneə yaratmasının qarşısını almaq üçün yeni taksi duracağı yeri də müəyyənləşdirilib.

Görülən infrastruktur tədbirləri ilə yanaşı, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları əraziyə nəzarəti də gücləndirib.
 
BAKU.WS