SİZİN REKLAM BURADA!
055 213 76 73


Ramazan ayında orucu batil edən və etməyən hallar var.

BAKU.WS "Ölkə.Az"a istinadən bu gün oxucularını bu siyahı ilə tanış edəcək.

Qeyri-ixtiyari qusmaq orucu pozmur. Amma insanın öz istəyi və müdaxiləsi ilə qusması orucu batil edir.

Ağciyər xəstələrinin istifadə etdiyi sprey ağıza sıxılır. Bunun böyük bir qismi ağız və nəfəs boruları tərəfindən əmilərək yox olur. Qalan hissənin tüpürcək yolu ilə mədəyə gedib-getmədiyi mövzusunda dəqiq məlumat yoxdur. Bu səbəbdən astma xəstələrinin nəfəs almaq məqsədi ilə ağızlarına püskürtdükləri oksigen dərmanı orucu batil etmir.

Qan aldırmaq orucu batil etmir. Peyğəmbərimiz oruclu olduğu vaxtda da qan aldırıb.

Gözə dərman damcılatmaq orucu batil etmir.

Ürək problemi olan şəxslər dilaltı dərmandan istifadə edirlər. Bu dərman ağız içində əmilərək yox olur. Mədəyə heç nə çatmır. Bu səbəbdən dilaltı dərmanlar orucu batil etmir.

Xəstə insanlar Ramazan ayında oruc tutmaya bilər. Bu səbəbdən xəstəliyi ucbatından müntəzəm dərman qəbul edən şəxslər oruc tutmaya bilər.

Qulaq damcısı orucu batil etmir. Çünki dərman mədəyə çatmır.

Dəriyə sürtülən krem və dərmanlı sarğılar orucu batil etmir.

Nəfəs yolu və iynə vasitəsilə vücuda anestezi yeritmək orucu batil etmir. Çünki bu mədəyə çatmır və yemək-içmək mənasına gəlmir.
 
Həkimdə vücudun hər hansı bir orqanından parça alınması, yəni biopsi orucu batil etmir.

Oruclu ikən diş müalicə etdirmək və diş çəkdirmək orucu pozmur. Amma müalicə əsnasında qan və ya hansısa dərmanı udmaq orucu batil edər.

İnsulin iynəsi orucu batil etmir.

Diş fırçalamaq orucu batil etmir. Amma diş pastası və su boğazdan keçsə, oruc batil olar.
 
BAKU.WS