VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir şəhərindəki "Bazarstore” filialının da fəaliyyətini dayandırdığı bildirilir. 

BAKU.WS "Marja”ya istinadən xəbər verir ki, filial mayın 15-dən bağlanıb.

Digər bir məlumata görə, Mingəçevirdə "Bazarstore” şöbəsinin bağlanması supermarketin yerinin əlverişsiz olması ilə bağlıdır. Daha yaxşı yer müəyyən edildikdən sonra şəbəkə şəhərdə fəaliyyətini bərpa edə bilər.

Qeyd edək ki, bundan əvvəl Xaçmaz şəhərindəki "Bazarstore” filialı fəaliyyətini dayandırmışdı.

Mingəçevirdə "Bazarstore”un bağlanmasından sonra şəbəkənin şöbələrinin sayı 23-ə düşüb.

Mayın 17-də isə Abşeron rayonu, Şamaxı şosesi, Hökməli dairəsi yaxınlığında "Xırdalan Bazarstore” istifadəyə verilmişdir. Artıq bu şöbənin də yerinin əlverişsiz olduğu bildirilir.
 
BAKU.WS