SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda maraqlı hadisə baş verib.
 
BAKU.WS-in məlumatına görə, şəhərdə bir sürücü piyada keçidinin üstündə maşın saxlayıb.
 
Bundan bərk qəzəblənən paytaxt sakinlərindən biri sürücünü özünəməxsus şəkildə cəzalandırıb. Vətəndaş piyada keçidinin üzərində dayanan avtomobilin təkərini boşaldıb.
 
Sürücü avtomobilini bu vəziyyətdə gördükdə heyrətlənib. Vətəndaşın sürücüyə keçdiyi dərs yəqin ki, uzun müddət yadından çıxmayacaq.  
 
Qeyd edək ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, nəqliyyat vasitəsi piyada keçidlərinə ən azı 5 metr məsafədə dayana bilər. 

Nazim Babayev
BAKU.WS