SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gedən tamaşaçılar üçün "Bakı-Sərnişin" stansiyasından "Koroğlu” dayanacağına və əks istiqamətdə qatar xidməti göstəriləcək.

"Azərbaycan Dəmir Yolları” QSC-dən BAKU.WS-ə verilən məlumata görə, saat 18:00-dan 20:00-a kimi "Bakı-Sərnişin" stansiyasından "Koroğlu” dayanacağına yarım saatdan bir qatar işləyəcək.

Mərasim başa çatandan sonra - saat 23:30-dan saat 01:30-a kimi izləyicilərin "Koroğlu” dayanacağından "Bakı-Sərnişin" stansiyası, Biləcəri, Xırdalan və Sumqayıt istiqamətində "KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.
 
BAKU.WS