SİZİN REKLAM BURADA!
055 213 76 73



Mayın 15-də Heydər Əliyev Beynəlxalq Hava Limanında "Azərbaycan Hava Yolları"-nın satılan aviabiletlərin sayına görə ağac əkilməsini nəzərdə tutan geniş miqyaslı aksiyasının birinci mərhələsi həyata keçirilib.

Ümumilikdə, mayın 3-dən 10-dək AZAL-ın kassalarında və rəsmi agentliklərində, həmçinin aviaşirkətin saytı vasitəsilə təxminən 25 min bilet satılmışdır. 

Pilotlar, təyyarə bələdçiləri, Aviasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları və digərləri də daxil olmaqla "Azərbaycan Hava Yolları" QSC-nin bütün bölmələrinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Hava Limanında ağacəkmə aksiyasına qoşulmuşdur.

"Azərbaycan Hava Yolları" tərəfindən bu kimi aksiyalar respublikanın bütün hava limanlarında həyata keçirilir.

Biz bir daha diqqəti ölkəmizin və ümumilikdə planetimizin ekologiyasına mənfi təsir göstərən meşə və yaşıllıqların qırılması kimi aktual problemə yönəldirik.

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən meşə ehtiyatlarının artırılması və ətraf mühitə qayğıkeş münasibət göstərilməsinə yönəldilmiş bu cür təşəbbüslər davam etdiriləcək. 
 
BAKU.WS