Bakıda bir neçə yolda sürət həddi azaldılıb.
 
Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar iki əsas avtomagistralda - Heydər Əliyev prospekti-Hava limanı və Zığ Dairəsi-Hava Limanı yolunda hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/ saat endirilib.
 
Məqsəd, yolda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
 
BAKU.WS