VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


III qrup əlil Aygün Əmiraslanova keçmiş həyat yoldaşı Nurlan Kərimovla bağlı Femida.az-a müraciət edib.

BAKU.WS xəbər verir ki şikayətçinin sözlərinə görə, keçmiş həyat yoldaşının maddi imkanı olsa da, məhkəməyə saxta sənədlər təqdim etməklə aliment ödənişlərindən yayınır:

"Nurlan Kərimovla 2005-ci ildə ailə həyatı qurmuşam. Bu rəsmi nikahdan 2006-2007-ci illərdə iki övladım dünyaya gəlib. 2008-ci ildə ondan ayrıldım. Ancaq keçmiş həyat yoldaşım aliment ödəmək istəmədi. Suraxanı Rayon Məhkəməsinin 10 dekabr 2013-cü il tarixli Qətnaməsinə 30 iyun 2015-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində baxılaraq alimentin icrası 416 manat təyin olundu. Hələ də keçmiş həyat yoldaşım qərarın icrasından yayınır. Suraxanı rayon Məhkəmə qərarları icrası şöbəsi alimentin icrasına başlamaq haqda qərar qəbul edildikdən sonra axtarışa verildi. Məhkəmələrə gəlmədi ki, aliment ödəməsin. İki ildən çoxdur ki, aliment ödəmir. Həmin qərar icra olunmamış qalır”.

Şikayətçi qeyd edir ki, keçmiş həyat yoldaşı alimentdən yayınması üçün işləmədiyini bildirsə də, Vergilər Nazirliyinin rəsmi saytında hüquqi şəxs kimi göstərilir.

"Yalandan deyir ki, işləmirəm. Sorğu verdim, hüquqi şəxs kimi çıxdı. Az əməkhaqqı olan yerlərdən arayışlar gətirib təqdim edir ki, onun maaşı aliment ödəmək üçün kifayət etmir. Suraxanı rayon Məşğulluq Mərkəzinin arayışında göstərilir ki, guya aylıq əmək haqqı 200 manatdır. Onun mənə 7 min manat borcu var, 416 manat da aliment. O, ən azı ay ərzində mənə 700 manat pul vermlidir ki, borcları ödənilsin”. 

Şikayətçinin sözlərinə görə, Suraxanı Rayon Məhkəməsinin İcra Şöbəsi alimentin icra olunmasi ilə bağlı heç bir qanuni tədbir görmür:

"İcra məmuru üzümə durur, yalandan şərləyir ki, guya mən qaynanam döyüb ona xəsarət yetirmişəm. Mənə deyirlər ki, alimentdən imtina etməsən, səni tutduracağıq”. 

Aygün Əmiraslanova saytımız vasitəsi ilə aidiyyatı orqanlara səslənib:

"Xahiş edirəm ki, uşaqlarımın aliment məsələsində mənə köməklik etsinlər. Maddi çətinliklərim var, uşaqlarımı dolandıra bilmirəm. Eşitmə problemim var, III qrup əliləm. Özüm heç bir yerdə işləmirəm, 98 manat pensiya alıram. Hazırda 3 uşaqla anamın himayəsində qalıram. Övladlarımın müalicəyə ehtiyacı var, amma buna imkanım yoxdur”.

Qeyd edək ki, Aygün Əmiraslanovanın keçmiş həyat yoldaşı Nurlan Bəyləroğlu mətbuatda özünü psixoloq, müğənni kimi təqdim edib.
 
BAKU.WS