SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxt Bakının yol təsərrüfatında bir müddət bundan öncə yenilik edilmişdi.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, ilk dəfə olaraq və sınaq məqsədi ilə Babək prospektində tünd qırmızı rəngli asfalt-beton örtüyü döşənib. Yenilik Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində ayrıcı zolağa tətbiq edilib.

Hazırda bu yenilik Nobel prospektində tətbiq edilir. Prospektin ayrıcı zolağına tünd qırmızı rəngdə asfalt-beton örtüyü döşənir. Rəngli asfalt-beton örtüyü ilkin etapda "Ağ şəhər”in qarşısından Süleyman Əhmədov küçəsi ilə kəsişməsinə qədər olan 2500 metrlik hissədə yol ayrıcına döşənir. Rəngli asfaltın sözügedən əraziyə döşənməsi vizual olaraq prospektə estetik gözəllik qatır.

Rəngli asfalt-beton örtüyünün adi asfaltdan keyfiyyət baxımından heç bir fərqi yoxdur. Sadəcə olaraq asfalt zavodda hazır olduqdan sonra xüsusi qurğuda onun tərkibinə rəngləyici maddə qatılır və qarışdırılır. Nəticədə rəngli asfalt-beton alınır.

Ziya Səccad

BAKU.WS